MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb
Bakı, 15 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 Aprel - Dünya İncəsənət Günü münasibətlə kitab sərgisi təşkil edilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan ənənəvi sərgidə mədəniyyət və incəsənət tarixi, musiqi, memarlıq, xalçaçılıq, teatr və kino sənətinə dair müxtəlif dillərdə dəyərli əsərlər nümayiş olunur.
Sərgidə “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev. Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə”, “Azərbaycan incəsənəti dünya muzeylərində”, “Azərbaycanın maddi mədəniyyət tarixi”, “Azərbaycanın Xocalı Gədəbəy mədəniyyətinin materialları Avropa muzeylərində”, “Qarabağ xanəndələri”, “Musiqi mədəniyyətimiz və müasirlik”, “Azərbaycan memarlığı inkişaf yollarında”, “Azərbaycan multidisiplinar əlyazması: xəzinədən incilər”, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər”, “Kinoşünaslıq”, “Səhnə fədailəri”, “Türkmənlərin mənəvi dünyası” və digər kitablar öz əksini tapıb.
Sərgi iki həftə davam edəcək.
Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür
Bu gün DİM növbəti imtahanlar keçirir
Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO
BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib