×
A
A
A
Sazlamalar

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

Bakı, 15 aprel, AZƏRTAC

Avropa İttifaqı Çində istehsal edilən avtomobillərlə ədalətli rəqabətə açıq olmalıdır.
AZƏRTAC xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bunu Şanxaya işgüzar səfəri zamanı deyib.
“Avropa bazarı Çin avtomobilləri ilə açıq və ədalətli rəqabət aparmalıdır”, - deyə Olaf Şolts bildirib. Kanslerin sözlərinə görə, Yaponiya və Cənubi Koreya avtomobilləri Avropaya gələndə də onların bazarı özlərinə tabe edəcəyi ilə bağlı narahatlıqlar var idi, lakin bu, baş vermədi.
Almaniya Avtomobil Sənayesi Assosiasiyası Çində istehsal olunan elektromobillərin idxalına əlavə rüsumların tətbiqinə qarşı çıxıb və bunun ticarət müharibəsinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
AFR kansleri Olaf Şolts dünən Çinə işgüzar səfərə gəlib. O, aprelin 16-da Pekində ÇXR Sədri Si Cinpin və digər vəzifəli şəxslərlə danışıqlar aparacaq.

Dünya 2024-04-15 16:35:00