×
A
A
A
Sazlamalar

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

London, 15 aprel, AZƏRTAC

İngiltərənin Qərbi Yorkşir regionunda futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 17 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyətinin ağır olduğu bildirilir. Mikroavtobusda “Tamvort” komandası ilə oyundan qayıdan “Saus Şilds” futbol klubunun azarkeşləri olub.
Hələlik müəyyən edilməmiş üçüncü, ağ rəngli avtomobilin də qəzada iştirak etdiyi güman edilir.


Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

İdman 2024-04-15 16:30:00