Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə olunması, səhiyyə və digər sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.
Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.
Görüşdə, həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Baş nazir Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Azərbaycana səfərə gəlib
BMT-nin koordinatoru: COP29 hər cəhətdən yüksək səviyyədə təşkil olunub
Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədir
Yəmən Respublikasının vitse-prezidenti Azərbaycanda səfərdədir