Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Bakı, 15 aprel, AZƏRTAC
Qətərin Doha şəhərində keçiriləcək kişi və qadın gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
AZƏRTAC xəbər verir ki, kişilərin mübarizəsində Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər və turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma və paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər və dayaqlı tullanma) bacarıqlarını göstərəcəklər. Qadınlardan isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlər) qüvvəsini sınayacaq.
Yığma məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev, Olqa Barkalavanın rəhbərliyi altında çıxış edəcək. Həmçinin yarışda Zəkəriyyə Muradlı və Əhməd Ağayev hakim kimi ölkəmizi təmsil edəcəklər.
Dünya Kuboku aprelin 17-dən 20-dək baş tutacaq.
"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub
Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq