×
A
A
A
Sazlamalar

BDU alimlərinin iqtisadiyyat sahəsində tədqiqatları davam edir

Bakı, 15 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) alimlərinin iqtisadiyyat sahəsində tədqiqatları davam edir. BDU-nun Riyazi iqtisadiyyat kafedrasının müdiri professor Elşar Orucov və kafedranın dosenti Leyla Məmmədovanın “Rusiyaya qarşı artan sanksiyalar fonunda AZN/RUB və USD/RUB məzənnələri arasında uzunmüddətli əlaqəni qiymətləndirmək” adlı məqaləsində ilk dəfə olaraq yeni yanaşmalarla qeyd olunan valyuta kurslarının koineqrasiya əlaqəsi çoxsaylı struktur dəyişmələri nəzərə alınmaqla tədqiq edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı əldə edilən nəticələr qeyri-stabil dolaşıq vəziyyətlərdə effektiv pul-kredit siyasətinin həyata keçirilməsi, proqnozlaşdırma və valyuta ehtiyatlarının tükənməsinin qarşısının alınması üçün elmi əsaslar verir.
Məqalə “Proqnozlaşdırmanın problemləri” (“Problemı proqnozirovaniya”), məqalənin ingilis versiyası isə “Scopus” bazasında indekslənən “Studies on Russian Economic Development” jurnalında dərc edilib.

Elm və təhsil 2024-04-15 13:35:00