×
A
A
A
Sazlamalar

BANM-də SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilmiş tələbə və məzunlarla görüş keçirilib

Bakı, 15 aprel, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) 40 tələbə və məzunu SOCAR-ın “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə Proqramı”na seçilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, proqram iştirakçıları ilə keçirilən görüşdə rektor Elmar Qasımov onlara uğurlar arzulayaraq SOCAR rəhbərliyinin yaratdığı bu imkandan faydalanmağı, müəssisələrdə Bakı Ali Neft Məktəbini uğurla təmsil etməyi, aktiv, öyrənməyə meyilli olmağı tövsiyə edib.
Görüşdə çıxış edən SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini Sadiq Sadıqov bildirib ki, BANM tələbə və məzunlarının proqramda iştirak etməyi və karyeralarına SOCAR-da başlamağı sevindirici haldır.
SOCAR-ın İnsan resursları şöbəsinin müdir müavini Həmid İsrafilov və insan resursları üzrə aparıcı mütəxəssis Aygün Qəniyeva iştirakçıların proqramın üstünlüklərindən yararlanacaqlarına əminliklərini bildiriblər.

Elm və təhsil 2024-04-15 13:28:00