×
A
A
A
Sazlamalar

DSMF: Məcburi dövlət sosial sığorta üzrə 39,1 milyon manat vəsait ödənilib

Bakı, 15 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 39,1 milyon manat vəsait ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə 3,2 milyon manat və ya 8,8 faiz çox vəsait xərclənib.

Cəmiyyət 2024-04-15 11:52:00