×
A
A
A
Sazlamalar

Paytaxtın Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Bakı, 15 aprel, AZƏRTAC

Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Maksim Məmmədov saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, o, əvvəlcə azyaşlını izləyib.
Sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin şəxsin oxşar əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.

Cəmiyyət 2024-04-15 11:50:00