×
A
A
A
Sazlamalar

COP29-un baş icraçı direktoru: Bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq VİDEO

Bakı, 15 aprel, AZƏRTAC

“COP29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq”.
AZƏRTAC xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.
O qeyd edib ki, COP29-da Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanlar yaranacaq: “Azərbaycanın rolu sadəcə ev sahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzindəolacaq”.

Cəmiyyət 2024-04-15 11:44:00

Video