“İnter” növbəti tur 20-ci çempionluğunu rəsmiləşdirə bilər
Bakı, 15 aprel, AZƏRTAC
İtaliyanın “İnter” komandası gələn tur A Seriyasında çempionluğunu rəsmiləşdirə bilər.
AZƏRTAC xəbər verir ki, “nerazzurrilər” növbəti - XXXIII turda ikinci pillədə qərarlaşan “Milan”ı məğlub edəcəkləri təqdirdə, liqanın bitməsinə beş tur qalmış qızıl medalları təmin edəcəklər.
Hazırda “İnter” 83 xalla turnir cədvəlinə başçılıq edir, “Milan” isə 69 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “İnter” tarixində indiyədək 19 dəfə İtaliya çempionu adını qazanıb.
Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər
Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçirilib
Məşqçi Nicat Qarayev: Məqsədimiz Avropa Gənclər Olimpiya Festivalına yaxşı hazırlaşmaqdır