×
A
A
A
Sazlamalar

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanın bədii gimnastları Qırğızıstanın Bişkek şəhərində keçirilən birinci “Kelechek” beynəlxalq turnirində 7 qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, böyüklər arasında Zəhra Cəfərova top və çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclərdən isə Şəms Müvəffəqi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə birinci yerin sahibi olub.

İdman 2024-04-15 11:13:00