Paytaxt məktəbliləri arasında keçirilən hərbi-idman yarışmasının qalibləri bəlli olub
Bakı, 15 aprel, AZƏRTAC
Ümumi təhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon birinciliyinin qalibləri bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Binəqədi rayonu üzrə 300, Xəzər rayonu üzrə 92, Sabunçu rayonu üzrə 67, Yasamal rayonu üzrə 53, Qaradağ rayonu üzrə 180, Səbail rayonu üzrə 236, Suraxanı rayonu üzrə 278, Pirallahı rayonu üzrə 186 və Nizami rayonu üzrə 229 nömrəli tam orta məktəblərin, Nərimanov rayonu üzrə “Ankara məktəbi” məktəb-liseyinin, Xətai rayonu üzrə Heydər Əliyev adına Hərbi Liseyin komandası qalib olub. Qalib komandalar diplom, fəxri fərman və kubokla təltif ediliblər.
Qaliblər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir. Bu hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.
BDU-nun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsində
Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb
Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub
AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib
ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar