×
A
A
A
Sazlamalar

Danimarka portalı Yanardağ barədə yazıb

Stokholm, 15 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Danimarkanın “Senest” informasiya portalında Abşeron yarımadasının ən ecazkar məkanlarından olan Yanardağa həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə bu məkanın unikallığı qeyd olunub. Oxucuların diqqətinə çatdırılıb ki, hava şəraitinə baxmayaraq, burada yerin altından çıxan alov artıq 4 min il ərzində sönmür. Yazıda vurğulanır ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatları yerin səthinə sızaraq əbədi məşəl yaradıb və bu, uzun illər səyahətçiləri valeh edib, qədim dinin - zərdüştün tərəfdarlarını özünə cəlb edib.
Məqalə müəllifi X əsrə aid od ayinlərinin digər ölkələrdən də turistləri cəlb etdiyi Atəşgah məbədi haqqında da məlumat verib.

Cəmiyyət 2024-04-15 10:48:00