×
A
A
A
Sazlamalar

“Fənərbağça” qadın basketbol komandası Avropa Liqasının qalibi olub

Bakı, 15 aprel, AZƏRTAC

Türkiyənin "Fənərbağça" qadın basketbol komandası Avropa Liqasının qalibi olub.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi turnirin finalında Fransa "Villeneuve"sini 106:73 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Bununla da "sarı-lacivərdlilər" ardıcıl ikinci dəfə bu kuboku qazanmağı bacarıblar.

İdman 2024-04-15 03:27:00