Yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
Bakı, 15 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçirilib.
ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışa paytaxt kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb.
Turnirdə qalib gələn idmançılara Bakı Abadlıq Xidməti tərəfindən velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı verilib.
Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilib. Birinciliyin təşkilində əsas məqsəd kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
“Wimbledon” matçlarını rəqəmsal “xətt hakimləri” idarə edəcək
“Sabah”ın basketbolçusu Avropa Kubokunun tarixinə düşüb
Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb
Estoniyalı yarımmüdafiəçi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir
Dünya çempionatı: Azərbaycan minifutbol millisi bürünc medal oyununa çıxacaq