×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Liverpul” və “Arsenal” doğma meydanda məğlub olub

Bakı, 14 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında XXXIII turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında “Vest Hem” doğma meydanda “Fulhem"i qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionluq mübarizəsi aparan "Liverpul" səfərdə “Kristal Pelas”a 0:1, "Arsenal" isə “Aston Villa”ya 0:2 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra "Mançester Siti" 73 xalla turnir cədvəlinə başçılıq edir. Hərəyə 71 xalı olan "Arsenal" ilə "Liverpul" isə ikinci və üçüncü pillələri bölüşürlər.

İdman 2024-04-14 23:46:00