×
A
A
A
Sazlamalar

“Roma”nın futbolçusu ürək tutması keçirdiyi üçün oyun yarımçıq dayandırılıb

Bakı, 14 aprel, AZƏRTAC

İtaliya A Seriyasının 32-ci turunda keçirilən "Udineze" - "Roma" oyununda xoşagəlməz hadisə yaşanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində "Roma"nın futbolçusu Evan N'Dika ürək tutması keçirib.
Qəflətən halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə meydanda edilib.
Matçın baş hakimi bu səbəbdən oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, hadisə baş verən dəqiqəyə qədər görüş 1:1 hesabı ilə davam edib.

İdman 2024-04-14 23:07:00