×
A
A
A
Sazlamalar

“Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub

Bakı, 14 aprel, AZƏRTAC

Almaniya Bundesliqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Xabi Alonsonun başçılıq etdiyi "Bayer" komandası XXIX turda çempionluğu rəsmiləşdirib.
Leverkuzen təmsilçisi doğma meydanda “Verder” klubunu 5:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb. Komanda bununla da tarixində ilk dəfə ölkə çempionu titulunu qazanıb.
"Bayer" bu mövsüm keçirdiyi 29 matçın heç birində məğlub olmayıb, 25 qələbə və 4 heç-heçə ilə yadda qalıb.
"Bavariya" isə 63 xalla ikinci pillədə qərarlaşıb.

İdman 2024-04-14 21:47:00