Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı təşkil edilib
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 10 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 2258 olmaqla, ümumilikdə 2764 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 239 nəzarətçi və 40 buraxılış rejimi əməkdaşı ayrılıb.
Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.
BDU-nun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsində
Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb
Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub
AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib
ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar