“Young Lions Azerbaijan 2024” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulan “Young Lions Azerbaijan 2024” müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqəyə ümumilikdə 88 komanda müraciət edib. Bunlardan 38-i "çap”, 27-si “film”, 23-ü isə “dizayn” kateqoriyası üzrə yarışıblar.
Kann Beynəlxalq Yaradıcılıq Festivalının Azərbaycandakı təmsilçisi Orxan Kərimov AZƏRTAC-a müsahibəsində bildirib ki, marketinq sahəsində ən yüksək pillədə dayanan Kann Beynəlxalq Yaradıcılıq Festivalı artıq 70 ildən çoxdur fəaliyyət göstərir.
Təmsilçi deyib: "Bu proqram, yəni "Young Lions" 1995-ci ildən etibarən 30 yaşa qədər gənclər üçün təşkil olunub. Müxtəlif kateqoriyalar mövcuddur. 80-ə yaxın ölkə bu prosesdə iştirak edir və lokal festivallarını reallaşdırırlar. Bu tədbir 3-cü ildir ki, ölkəmizdə keçirilir. Bizim ən böyük dəstəkçimiz Mədəniyyət Nazirliyidir. Bu gün müəyyən olunan qaliblər iyunda “çap”, "film" və "dizayn" kateqoriyaları üzrə ölkəmizi təmsil edəcəklər”.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazirliyin daim gənclərin təşəbbüslərinə diqqət yetirdiyini bildirib. "Gənclər bizim gələcəyimizdir. Bu gün iqtisadiyyatımızın ən önəmli sahələrindən biri mədəni və yaradıcı sənayelərdir. Mən inanıram ki, bu müsabiqə maddi və qeyri-maddi mədəni irsimizin təbliği və təşviqində böyük rol oynayır",-deyə o əlavə edib.
Sonda “çap”, "film" və "dizayn" kateqoriyaları üzrə qalib komandaların iştirakçıları mükafatlandırılıblar.
Tarik Slaiki: Azərbaycanda olmaq bizim üçün böyük və xüsusi məna daşıyır
X Bakı Beynəlxalq Kitab Sərgisi fəxri yazarı Rövşən Abdullaoğlunun oxucularla görüşü keçirilib
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
Məsqət Beynəlxalq Kitab Sərgisinin rəhbəri AZƏRTAC-ın stendini ziyarət edib