×
A
A
A
Sazlamalar

Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir VİDEO

Ağcabədi, 13 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Kürün Ağcəbədi rayonundan keçən hissəsində ata və qızının axtarışlarına cəlb olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbiri məlumat verir.
Xatırladaq ki, ötən gün axşam saatlarında Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar.

Cəmiyyət 2024-04-13 15:06:00

Video