Şuşa Teatrında “Bəla” tamaşasının premyerası olacaq
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Bəla” adlı səhnə əsərinin premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa yazıçı Asif Kəngərlinin 70 illik yubileyinə həsr edilir.
Narkomaniyanın cəmiyyətə vurduğu fiziki, mənəvi və sosial problemləri əhatə edən əsərdə gənclərin zərərli vərdişlərdən uzaq durmağının zəruriliyi və onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılır.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşada rolları Xalq artisti Şükufə Musayeva, aktyorlar Orxan Abışov, Sürahi Əliməmmədova, Emin Sevdiməliyev, Cavidan Kəsəmənli, Rasəf Mehdiyev, Nihad Heybətov, Sevinc Ağayeva, Vüsal Məmmədov və Sahib İbrahimov ifa edir.
Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib