×
A
A
A
Sazlamalar

Luis Alberto mövsümün sonunda Roma klubunu tərk edəcəyini açıqlayıb

Bakı, 13 aprel, AZƏRTAC

Yayda İtaliyanın “Latsio” komandasından ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Luis Alberto mövsümün sonunda Roma təmsilçisini tərk edəcəyini açıqlayıb. 31 yaşlı ispaniyalı oyunçu bu barədə rəhbərliyə də məlumat verdiyini söyləyib.
Hücumameyilli yarımmüdafiəçi bu mövsüm “Latsio”nun heyətində ümumilikdə 39 matçda, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Luis Alberto 2016-cı ildə “Liverpul”dan paytaxt klubuna keçib.

İdman 2024-04-13 13:32:00