Azərbaycan neftinin qiyməti 94 dolları ötüb
Bakı, 13 aprel, AZƏRTAC
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,77 dollar və ya 1,9 faiz artaraq 94,73 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib
AZAL Yaxın Şərqdə baş verən hadisələr səbəbilə bir sıra aviareysləri ləğv edib