×
A
A
A
Sazlamalar

Səbail rayonundakı kafedən içərisində pul, üzük olan çanta oğurlanıb

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 11-də paytaxtın Səbail rayonundakı kafelərin birindən içərisində 530 manat məbləğində pul, 2 000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çantanın oğurlanması barədə rayon polis idarəsinin 39-cu polis bölməsinə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bölmə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət 2024-04-13 11:03:00