Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində növbəti oyununa çıxacaq
Bakı, 13 aprel, AZƏRTAC
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ikinci görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Monqolustan seçməsi olacaq. Görüş Bakı vaxtı ilə saat 11:55-də start götürəcək.
Azərbaycan millisi bu gün daha bir oyun keçirəcək. Komandamız saat 13:45-də Niderland ilə üz-üzə gələcək.
Milli ötən gün qrupun ilk matçında Çilini 17:14 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.
La Liqa: “Barselona” 3 xalı bir qolla qazanıb
İngiltərə Premyer Liqası: “Mançester Siti”dən vacib qələbə
Mahir Emrelinin komanda yoldaşı həmyerlimizin “Nürnberq”də qalmasını arzulayır
Avroliqa: “Fənərbağça” qələbə qazanıb, “Anadolu Efes” məğlub olub