Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya yanıb VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sahəsi 5 kvadratmetr olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25 kvadratmetr sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5 poqonometr elektrik kabelləri əriyib.
Yaşayış binası yanğından mühafizə edilib.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Elçin Xələfov: Hakimliyə 207 namizəd yazılı imtahanda iştirak edib
Yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində sıxlığa səbəb olub
Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib
FHN: Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb