×
A
A
A
Sazlamalar

Aİ komitəsinin sədri: Regionda sülh üçün konkret addımların atılmasının vaxtıdır

Bakı, 13 aprel, AZƏRTAC

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtıdır.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk “X” sosial şəbəkə hesabında yazıb.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Delfin Pronk əlavə edib: “Avropa İttifaqı əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır”.

Siyasət 2024-04-13 08:00:00