Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 12 aprel, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib
Bakıda yeni quraşdırılmış işıqfor qəza nəticəsində yararsız vəziyyətə düşüb
Sabahın hava proqnozu açıqlanıb