Dərnəgül massivində fəaliyyət göstərməyən zavod ərazisində yanğın olub VİDEO
Bakı, 12 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən, hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 50 kvadratmetr sahədə müxtəlif tərkibli tullantılar yanıb.
Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.
Azərbaycan diasporunun təmsilçiləri Duysburq-Essen Universitetində müzakirələr aparıblar
İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hüquq olimpiadasının qalibləri mükafatlandırılıb
“Venesiya” şadlıq sarayında baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi açıqlanıb