Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı işə başlayıb
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təqdimatında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, təhsilin qarşısında duran vəzifə və hədəflərdən, həmçinin son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlərdən danışıb. O qeyd edib ki, hazırda əsas təhsil hədəfləri sırasında ölkəmizin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin yaxşılaşdırılması və 3 universitetimizin ilk 800-lükdə təmsilinə nail olmaq yer alır.
Avropa Azərbaycan Məktəbinin baş direktoru Françesko Bançini çıxışında bildirib ki, konfransın məqsədi təhsil liderlərindən ən müasir yanaşmaları öyrənmək, təhsil sahəsinə dair müzakirələr aparmaq, yeni ideya və strategiyaları araşdırmaqdır. Baş direktor, həmçinin konfransda Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə və digər ölkələrdən nümayəndələrin iştirak etdiyini vurğulayıb və tədbir çərçivəsində həm beynəlxalq, həm də yerli səviyyədə bilik və təcrübə mübadiləsi aparılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, təhsil mütəxəssisləri, eləcə də direktor və müəllimlərin iştirakı ilə keçirilən konfransda 3 gün ərzində 60-dan çox seminar təşkil olunacaq.
Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar