Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır
Bakı, 12 aprel, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 12-də keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında çıxışı zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir.
"Daha bir vacib məsələ müəllimlərin rifahının yaxşılaşdırılmasıdır. Son iki ildə 40 min müəllim sertifikasiyadan keçib və proses davam etdirilir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün də işlər aparılır. Hədəf məktəb üzrə hər altı uşağa bir kompüterin təmin olunmasıdır", - deyə nazir müavini qeyd edib.
Beynəlxalq Türk Akademiyası ilə TÜBİTAK arasında əməkdaşlıq əlaqələri genişlənir
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Qazaxıstanda davam etdirəcəklər
“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq” - Hikmət Babaoğlu
“Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” - elmi konfrans