Milli Kitabxanada Seyid Şuşinskinin 135 illiyinə həsr olunan sərgi açılıb
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rolu olan Seyid Şuşinskinin anadan olmasının 135 illik yubileyi münasibətilə Milli Kitabxanada “Xalq artisti Seyid Şuşinski” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, bir həftə davam edəcək sərgidə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.
Seyid Şuşinski 1889-cu il aprelin 12-də dünyaya göz açıb. Onun peşəkar xanəndə kimi tanınmasında Şuşa mühitinin həlledici rolu olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub.
Seyid yüksək diapazonlu səsi və muğamları düzqün və səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri və məşhur xanəndələri belə heyran qoyub. Onun oxuduğu “Çahargah”, “Nəva”, “Bayatı-İsfahan”, “Humayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə-Hüseyn segahı” muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb.
Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib