Ramazan bayramı günlərində hərbi qulluqçularla görüşlər keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik mövzusunda maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, Bakı Dövlət Universitetinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri hərbi hissələrdə olub, şəxsi heyətlə görüşlər keçiriblər. Görüşlərdə hərbi qulluqçularla Azərbaycan dövlətçilik və hərb tarixi, eləcə də digər mövzularda söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO
Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib
Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir