Vaşinqtonda rəssam Rövşən Nurun “Azərbaycan naxışları” adlı sərgisi açılıb
Bakı, 12 aprel, Anara Axundova, AZƏRTAC
Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyilə rəssam Rövşən Nurun əsərlərinin nümayiş olunduğu “Azərbaycan naxışları” adlı sərgi açılıb. Sərgi aprelin 15-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, ekspozisiya Azərbaycan mədəniyyətinin zəngin irsini tərənnüm edir. Rəssamın əsərləri Azərbaycan həyatının mahiyyətini əks etdirir, ziyarətçiləri ölkənin adət-ənənələrinə, həyat tərzinə və əsrarəngiz gözəlliyinə nəzər salmağa dəvət edir. Ekspozisiya izləyicini Azərbaycanın müxtəlif mənzərələrinə - sərt dağlarından sakit vadilərinə qədər səyahətə aparır.
Rəssam, həmçinin sərgi çərçivəsində uşaqlar üçün ustad dərsi keçəcək.
Rövşən Nur Bakıda anadan olub və öz yaradıcılıq yoluna burada başlayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra Estoniyaya yola düşüb. Orada Tallinn Rəssamlıq Akademiyasında bacarıqlarını daha da inkişaf etdirib və ənənələrin novatorluqla üzvi şəkildə birləşdiyi fərqli üslubda yaradan rəssam kimi formalaşıb.
Hazırda Rövşən Nur Tallində yaşayır və işləyir, tez-tez Avropa auditoriyasının Azərbaycanın mədəniyyəti və irsi ilə tanış olmasına xidmət edən sərgilər və tədbirlər keçirir.
Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib