Türkiyədəki “Göbəkli-Təpə” kompleksini bir gündə rekord sayda turist ziyarət edib
Ankara, 12 aprel, AZƏRTAC
Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində yerləşən “Göbəkli-Təpə” məbəd kompleksini ziyarət edən turistlərin sayı rekord
səviyyəyə çatıb.
AZƏRTAC Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, dünyada ən qədim meqalit tikililərdən biri hesab edilən “Göbəkli-Təpə” məbəd kompleksini ötən gün 11 454 yerli və əcnəbi turist ziyarət edib. Bu göstərici bir gün ərzində komplekslə tanış olan ən yüksək turist sayıdır.
Nazirlik, 2018-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş “Göbəkli-Təpə” məbədinə maraq göstərən bütün turistlərə təşəkkürünü bildirib.
Xatırladaq ki, 2019-cu ilin martında kompleksin açılışında iştirak etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmin ilin ölkədə “Göbəkli-Təpə İli” elan edilməsi barədə Sərəncam imzalayıb.
Açılışdan bu günə qədər “Göbəkli-Təpə” məbəd kompleksini ümumilikdə 2,5 milyondan çox turist ziyarət edib.
Səfir: Bakı dünya üzrə Argentina kinosunu təmsil edən beşinci şəhər kimi tanınır
Qırğızıstan Milli Kitabxanasında Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı keçirilib
Alexandra Laurensiçin “Ağla gəlməyən gün” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub
Qırğızıstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb
“Şükriyyə” tamaşası Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunub