×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Kişineu, 11 aprel, AZƏRTAC

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin artırılması prioritet məsələ olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu fikir Moldovanın Baş nazirinin müavini Vladimir Bolea ilə Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə səsləndirilib.
Rəsmilər dövlətlər arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edərək, kənd təsərrüfatı sahəsində əməkdaşlığın intensivləşdirilməsinə birgə sadiq olduqlarını vurğulayıblar.
Azərbaycandan gübrə idxalı və Moldova Respublikasından taxıl ixracı da daxil olmaqla, ticarətin genişləndirilməsi imkanlarının müəyyənləşdirilməsinə də diqqət yetirilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

İqtisadiyyat 2024-04-11 22:43:00