Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçiriləcək
Moskva, 11 aprel, AZƏRTAC
Aprelin 19-da Moskvada Dövlət Şərq İncəsənəti Muzeyində azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş gecə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gecəni Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açacaq.
Tədbirə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nailə Vəlixanlı və direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov onlayn rejimdə qatılacaq və çıxış edəcəklər.
Xeyriyyəçi, ən hörmətli neft maqnatlarından biri, həqiqi dövlət müşaviri Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən məruzələri professorlar Mehman Məmmədov və Andrey Ərəblinski, həmçinin jurnalist və ictimai xadim Azər Cahangirov təqdim edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib
ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür
Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib