×
A
A
A
Sazlamalar

UNEC QS reytinqində yeni uğura imza atıb

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) "İqtisadiyyat, Ekonometrika" üzrə keçənilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.
Bu barədə AZƏRTAC-a UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.

 

Elm və təhsil 2024-04-10 22:07:00