×
A
A
A
Sazlamalar

Fərid Qayıbov beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb

Bakı, 10 aprel, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançılara təbriklərini çatdırıb və onlara yeni uğurlar arzulayıb.
Tədbirdə ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Bədii gimnastika, tamblinq, ikili mini-batut, batut gimnastikası, kişi idman gimnastikası, qadın idman gimnastikası, aerobika gimnastikası, güllə atıcılığı, stolüstü tennis, üzgüçülük, cüdo, stronqmen, uşu-sanda, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Milli komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

İdman 2024-04-10 14:46:00