×
A
A
A
Sazlamalar

İddiaçılar Turniri: Nicat Abasov Hindistan şahmatçısı ilə üz-üzə gələcək

Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı qrossmeyster altıncı turda ağ fiqurlarla Hindistan təmsilçisi Rameşbabu Praqnanandhayla qarşılaşacaq.
N.Abasov ilk turda Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, üçüncü turda Hikaru Nakamura (ABŞ), dördüncü turda Fransanı təmsil edən Əlireza Firuzca ilə bərabərə qalıb. Beşinci turda isə Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub.
Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat 7-8-ci yerləri bölüşür. İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

İdman 2024-04-10 11:14:00