×
A
A
A
Sazlamalar

Biləsuvarda iftar süfrəsi təşkil olunub

Biləsuvar, 9 aprel, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən təşkil olunan mərasimdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri, həmçinin din xadimləri və digər vətəndaşlar iştirak ediblər.
İftar mərasimində Ramazan ayının həmrəylik, dostluq, mərhəmət və ruzi ayı olduğu, bu ayda iftar süfrələrinin təşkil edilməsinin ölkəmizdə gözəl ənənəyə çevrildiyini diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər bu ayın mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasından, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və ehtiramdan danışıblar.
Mərasimdə din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub və müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs olunub.

 

İdman 2024-04-09 18:23:00