×
A
A
A
Sazlamalar

Qadın futbolçulardan ibarət Azərbaycan millisi İsveçrəyə uduzub

Bakı, 9 aprel, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma ikinci turda doğma meydanda İsveçrəni qəbul edib.
“Liv Bona Dea Arena”da oynanılan görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda qrupun ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib.

İdman 2024-04-09 18:08:00