Prokurorluq: Lənkəranda iki nəfərin dəm qazından zəhərlənərək ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Lənkəran rayonu ərazisində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Füzuliyə köçürülən sakinlərdən 1097 şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında növbəti konstitusiya işinə baxılıb
Azərbaycan şərabları Norveç və İsveç bazarlarında təqdim olunub