×
A
A
A
Sazlamalar

Aprelin 10-dan 12-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür

Bakı, 9 aprel, AZƏRTAC

Ramazan bayramı ilə əlaqədar aprelin 10-dan 12-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, aprelin 13-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.



Cəmiyyət 2024-04-09 17:26:00