Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kollektivə təqdim olunub
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 aprel tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədovu kollektivə təqdim edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi Prezident İlham Əliyevin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan F.Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dövlətimizin başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin dövlət-din münasibətləri sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, qurumun fəaliyyətinin təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Regional məsələlər komitəsi bələdiyyələrlə bağlı qanun layihələrini plenar iclasa tövsiyə edib
Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb VİDEO
Sabunçu rayonunda saxlanılan iki nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO