×
A
A
A
Sazlamalar

Qazaxıstan Prezidentinin müşaviri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Bakı, 9 aprel, AZƏRTAC

Qazaxıstan Respublikasının Prezidentinin müşaviri, beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Cəmiyyət 2024-04-09 16:11:00