Bayramla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq
Bakı, 9 aprel, AZƏRTAC
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Bakı şəhərində 138 təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və sair ilə tam təmin edilib.
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təlimat buna uyğun təşkil ediləcək.
Ankarada Türkiyə-Azərbaycan gənclər mübadiləsi proqramı başa çatıb
Siyasi varislikdən siyasi liderliyə: tarixi zəfərin memarı
Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib