Fransanın Nant şəhərində yaşayan soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
Nant, 9 aprel, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidmətinin təşkilini davam etdirir.
AZƏRTAC xəbər verir ki, səfirlik tərəfindən növbəti səyyar konsulluq xidməti bu ölkənin Aveyron departamentində Nant və ona yaxın ərazilərdə yaşayan soydaşlarımız üçün təşkil olunub.
Səyyar konsulluq xidməti çərçivəsində soydaşlarımıza hüquqi yardım göstərilib, xidmətlə bağlı, eləcə də onları maraqlandıran digər hüquqi suallar cavablandırılıb. Səyyar xidmət çərçivəsində soydaşlarımızın müvafiq sənədlərinin rəsmiləşdirilməsi həyata keçirilib. Onların qarşılaşdığı vəziyyətlərlə bağlı Azərbaycan qanunvericiliyinə uyğun məsləhətlər verilib.
Fransada yaşayan soydaşlarımıza səyyar konsulluq xidmətinin göstərilməsi onlara milli qanunvericiliyimizdəki yeniliklərlə bağlı məlumatlanmalarına da kömək olur.
Fransanın digər əyalət və şəhərlərində yaşayan soydaşlarımızın qarşılaşdıqları məsələlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində səyyar konsulluq xidmətlərinin göstərilməsinin davam etdirilməsi nəzərdə tutulub.
Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub
Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb
Yetkinlik yaşına çatmayanların aqressiv davranışlarına həsr edilmiş konfrans təşkil olunub